“Azərbaycan casuslarını İrəvana göndərib” – Erməni generaldan şok açıqlama

Baxış sayı:
520

“Azərbaycan türklərlə hərbi təlimlər həyata keçirir, dağlarda döyüş üsulları tətbiq edir. Ermənistanın nəzarət zonası yaxınlığında təlimlər keçirən Azərbaycan bununla idarəetmə sistemi, hərbi hissələrin koordinasiya edilməsi, hücum və əsas zərbə istiqamətini müəyyənləşdirir”.
Muxlifet.az
axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan silahlı qüvvələrinin keçmiş komandanı, 1992-95-ci illərdə Ermənistan Baş Qərargah rəisi olmuş general-leytenant Norat Ter-Qriqoryants Ermənistan mediasına açıqlamasında deyib. Onun sözlərinə görə, təlim zamanı ordu praktik bacarıqlar əldə edir.
“Bu cür təlimlər zamanı düşmənlə toqquşmanın müxtəlif ssenariləri və hücum əməliyyatları hazırlanır. Lakin heç kim hərbi təlimlər keçirən Azərbaycan ordusunun qəfil hücum edə biləcəyini düşünmədi. Halbuki müharibədəki əsas şey düşməni aldatmaqdır. Bu, hərbi hiylədir. Və Azərbaycanın niyyətlərini gizlətmək üçün əməliyyat planı var”, – o deyib.
Erməni general, həmçinin, onu qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin dərhal təlim rejimindən real döyüş rejiminə keçmək planı var:
“Bu təlimləri yerinə yetirən Azərbaycan, eyni zamanda, erməni tərəfini yoxlayır. Azərbaycanın kəşfiyyatı çox yaxşı işləyir. Onların hətta İrəvanda da casusları var. Məsələn, İrandan turistlər gəlir. Siz elə düşünürsünüz ki, onlar yalnız iranlılardır? Onların arasında çox sayda azərbaycanlı var. Ona görə də onlar qəfildən maskalarını ata və bizə hər tərəfdən hücum edə bilərlər”, – deyə Ter-Qriqoryants vurğulayıb.
O, əlavə edib ki, belə bir ssenari 99% ehtimal olunur.