AZAL daha 230 Azərbaycan vətəndaşını ölkəyə gətirdi

Baxış sayı:
208

Azərbaycanın milli aviadaşıyıcısı həmyerlilərimizin vətənə qaytarılması üçün uçuşları davam etdirir.

“Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) bildirilib ki, martın 24-də şirkət Nyu-Yorkdan və İstanbuldan reyslər yerinə yetirərək, ümumilikdə 230 nəfər Azərbaycan vətəndaşını vətənə qaytarıb.

Xatırladaq ki, ölkəyə qayıdan hər bir vətəndaşın tibbi müayinədən keçməsi və karantinə yerləşdirilməsi ilə əlaqədar həmin şəxslərin ölkəyə qayıtması tarixləri Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın apardığı hazırlıq işlərinə uyğun olaraq təyin edilir.