Avropa Liqası: “Qarabağ” bu gün sonuncu oyununu keçirəcək

Baxış sayı:
571

Dekabrın 12-də “Qarabağ” UEFA Avropa Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsində sonuncu oyununu keçirəcək. Muxalifet.az bildirir ki, Ağdam təmsilçisi VI tur çərçivəsində Lüksemburqun “Düdelanj” komandasını qəbul edəcək. Xatırladaq ki, E qrupunda İspaniyanın “Sevilya” kollektivi 15 xalla 1-ci, Kiprin APOEL-i komandası isə 7 xalla 2-ci yeri təmin edərək, pley-offa çıxdıqları üçün Bakıdakı qarşılaşma formal xarakter daşıyır. Bununla belə, nəticə reytinq xalı və qrup sonuncusu olmamaq baxımından önəmlidir. Hazırda 4 xalla 3-cü sırada yer alan “Qarabağ” rəqibini 1 xalla qabaqlayır. Bu komandalar arasında oktyabrın 3-də baş tutan görüşdə ağdamlılar 4:1 hesabı ilə qalib gəliblər. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq bugünkü matç saat 21:55-də start götürəcək. Görüşü Estoniyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Kristo Tohverdir.