Ata Abdullayevə diplomatik pasport verilib? - XİN-dən AÇIQLAMA

Baxış sayı:
466

“O şəxs Azərbaycan Respublikasının diplomatı deyil və onun diplomatik pasportla təmin olunması şaiyədir”.
Bu sözləri Muxalifet.az-a Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva, mətbuatda video-bloger Ata Abdullayevə diplomatik pasport verilməsi haqqında yayılan xəbərlərə münasibət bildirərkən deyib.
O bildirib ki, diplomatik pasport ancaq diplomatlara verilir: “Diplomatik pasportu diplomatlar alırlar və həmin şəxs diplomat olsa yəqin ki, diplomatik pasportu olar. Mən bildiyim qədərilə o şəxs diplomat olduğu halda özünü bloger kimi təqdim etməzdi. O, açıq şəkildə bloger olduğunu qeyd etmişdi və kadrlarda da üzərində “press” yazılan jiletlə fəaliyyət göstərdiyini müşahidə edirik. O şəxs Azərbaycan Respublikasının diplomatı deyil. Qaydalara görə ancaq diplomat diplomatik pasportla təmin oluna bilər. Diplomat olmayan birinin diplomatik pasportla təmin olunması haqqında şaiyələr kim tərəfindən yayılır, bu bizə də məlum deyil”. 
Qeyd edək ki, video-bloger Ata Abdullayevin Ermənistanın baş naziri Nikol Paşinyan və Milandakı erməni icmasının nümayəndələri arasında kilsədə keçirilən görüş zamanı Paşinyana verdiyi suallar ölkədə mübahisəli məsələlərə yol açıb. Son olaraq bəzi mətbuat orqanları A. Abdullayevin diplomatik pasportla təmin olunduğunu iddia ediblər.