Asim Mollazadənin də nəticələri ləğv oluna bilər

Mərkəzi Seçki Komissiyasında (MSK) növbədənkənar parlament seçkiləri ilə bağlı quruma ünvanlanan şikayətlərin araşdırılması davam edir.

Sabah Komissiyanın növbəti iclası keçiriləcək və bəzi dairələr haqqında yekun qərar veriləcək.

Muxalifet.az xəbər verir ki, "BakuPost"un əldə etdiyi məlumata görə, müzakirəyə çıxarılacaq dairələrdən biri də Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadənin qalib elan olunduğu 22 saylı Nəsimi ikinci seçki dairəsidir.

Məlumata görə, millət vəkilliyinə rəqib namizəd, Müsavat Partiyasının lideri İsa Qəmbərin oğlu Turqut Qəmbər MSK-ya qayda pozuntuları ilə bağlı çoxsaylı videomateriallar təqdim edib. Şikayətə sabah baxılacaq.