"Arsenal" türk futbolçu üçün hərəkətə keçdi

Baxış sayı:
466

Bu yay İtaliyanın "Yuventus" komandasına keçən müdafiəçi, Türkiyə Milli Komandasının üzvü Merih Demiral İngiltərə nəhəngi "Arsenal"ın radarındadır.
Muxalifet.az
ingilis mediasına istinadən xəbər verir ki, "topçular" gənc müdafiəçini heyətinə qatmaq üçün "Yuventus"a 34 milyon funt- sterlinq ödəməyə hazırdır.
İngilis klubunun skautları Türkiyə-İslandiya matçını izləmək üçün bu gün İstanbula səfər edəcəklər.
Qeyd edək ki, 21 yaşlı futbolçu bu mövsüm "Yuventus"la 1 rəsmi oyunda iştirak edib. Milli komandanın isə sabit üzvüdür.