Aprel döyüşləri ilə bağlı MƏXFİ SƏNƏDLƏR TƏQDİM EDİLDİ - Erməni general HƏR ŞEYİ AÇDI

Baxış sayı:
1294

Azərbaycanla 2016-cı il aprel müharibəsi hadisələrini araşdıran parlament komissiyası Ermənistan Silahlı Qüvvələrinin keçmiş baş qərargah rəisi, general Yuri Xaçaturova dindirilmə barədə bildiriş göndərib.
 
Bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti məlumat yayıb.
 
Nəşr generalın hansı tarixdə dindiriləcəyini və ya iclasın vaxtının hələlik təyin olunmadığını bildirib.
 
Xatırladaq, keçmiş müdafiə naziri Seyran Ohanyan artıq komissiyanın iclasında dindirilib. Onun aprel döyüşlərində Ermənistan ordusunun Azərbaycana məğlubiyyətin səbəblərinə dair məxfi sənədləri komissiyaya təqdim etdiyi bildirilib./Teleqraf.com