AMERİKADA TÜRKİYƏYƏ DƏSTƏK ÇAĞIRIŞI - Konqres İdliblə bağlı Rusiyaya sanksiya tətbiq edir...

Bir qrup Amerika senatoru ABŞ dövlət katibinin ünvanına məktub yollayıb.
 
Hurriyyet.org xəbər verir ki, senatorlar ABŞ dövlət katibi Mayk Pompeoya müraciət edərək, İdlibdəki vəziyyətlə bağlı Bəşər Əsəd rejimi ilə Rusiyaya qarşı sanksiyalar tətbiq edilməsini tələb ediblər.
 
Pompeoya məktub göndərilməsi barəsində məlumat Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Eliot Engel ilə komitənin üzvü Mayk Makkolanın imzaları ilə komitənin saytında yerləşdirilib.
 
Məktubda bildirilir ki, Rusiya ilə İranın dəstəklədiyi Əsəd rejiminin intensiv hücumları nəticəsində İdlibdə 2019-cu ilin aprelindən bəri 1730 nəfər dinc sakin həlak olub.
 
Pompeoya müraciət edənlər onu Dəməşq ilə Moskvaya qarşı diplomatik təzyiq göstərməyə və iqtisadi sanksiyalar tətbiq eləməyə çağırıblar.