Amerikada doğulan terrorçu, Əl-Qaidə"nin rəhbərlərindən biri: Ənvər - DOSYE

Baxış sayı:
537

Ənvər əl-Avlaki radikal islam təbliğatçısı idi, "Əl-Qaidə" də daxil olmaqla radikal islamçı qrupların hərəkətlərini dəstəkləyən xütbələri ilə məşhur idi. Ərəbistan yarımadasında "Əl-Qaidə"nin ideoloji lideri hesab olunurdu. Muxalifet.az teleqraf.com-a istinadən 30 sentyabr 2011-ci ildə öldürülən 40 yaşlı terrorçunun dosyesini təqdim edir. 1971-ci ilin 22 aprelində ABŞ-da, Nyu Mexikoda doğulub. ABŞ vətəndaşlığını alan Şimali Yəmənli ailənin övladı olub. 7 yaşında atasının kənd təsərrüfatı naziri olduğu Yəmənə qayıdıb. Kolorado universitetinin mühəndislik fakultəsini bitirib. Ənvər əl-Avlaki vəfat edən islam alimi Səid Qutbanin əsərlərindən çox təsirlənib. 2010-cu ildə Amerika hökuməti Ənvər əl-Avlakini dünyanın bir nömrəli terrorçusu elan edib. Halbuki buna qədər dünyanın bir nömrəli terrorçusu "Əl-Qaidə" təşkilatının lideri Usama Bin Laden hesab olunurdu. Ancaq Avlaki Bin Ladenin sağlığında dünyaya real təhlükə olması baxımından Ladenin statusunu əlindən alıb. Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ABŞ maraqlarına təhlükə hesab edərək onun aradan götürülməsini vacib addım hesab edib. Ənvər əl-Avlaki ingilis dilini mükəmməl bilib. O, Avropa Birliyi ölkələrinin və Amerikanın, habelə islama qarşı müharibədə iştirak edən dövlətlərə qarşı müsəlman gənclərini fəal müharibəyə səsləyib və onlarla ciddi iş aparıb. Ənvər əl-Avraki ABŞ-da doğulduğu üçün bu ölkənin vətəndaşlığına sahib idi, eyni zamanda Kolorado universitetində tələbə vizası ilə təhsil almışdı. Vətəndaşlığını və doğum yerini uzun müddət məxfi saxlamağı bacarıb. ABŞ qanunlarına əsasən doğulandan vətəndaş olan şəxsləri qanunvericilik vətəndaşlıqdan çıxarmağa imkan vermirdi. Məsələn, 2015-ci ilin yanvarında Parisdə "Charlie Hebdo" jurnalının redaksiyasına hücum təşkil edən radikal müsəlman qardaşlarından birinin Avlaki ilə görüşdüyü, hətta hücum planının sonuncu tərəfindən hazırlandığı haqda iddialar da var. Ənvər əl-Avrakinin 5 övladı olub, 2 qız və 3 oğlu. 2009-cu ilin noyabrından onun övladları xanımı daxil olmaqla Yəmənin paytaxrı Sanada atası Nəsir əl-Avlakinin yanında yaşamağa başlayıblar. Avrakinin öldürülməsinə dair məlumatlar hər zaman ziddiyyətli olub. Məsələn, Yəmən hakimiyyət nümayəndələri iddia edirlər ki, terrorçu 2011-ci ilin 30 sentyabrında "Əl-Qaidə" yaraqlılarının Ərəbistan yarmadasında hökumət qüvvələri ilə döyüşüzü zamanı öldürülüb. Başqa bir versiyaya əsasən, terrorçu Amerikanın pilotsiz içiş aparatının (PUA) bombardmanı zamanı ölüb. Onun öldürülməsi haqda informasiya ABŞ Prezidenti Barak Obama tərəfindən təsdiqlənib. Avlaki ilə birlikdı jurnal redaktoru Samir Xanda öldürülüb. 2011-ci ilin oktyabrında "Əl-Qaidə" Ənvər əl-Avlakinin ölümünü təsdiq edib və intiqam alacağını bildirib. Ənvər əl-Avlaki 2009-ccu ildə ABŞ hərbi bazasına hücum etməkdə, mayor Nidal Hassanin daxil olmaqla 13 nəfərin öldürülməsində, 30-dan çox əsgərin yaralanmasına görə, müqəssir hesab olunurdu. Eyni zamanda təyyarə partlatmaq cəhdinə görə cinayətkar hesab olunurdu. Avlaki ABŞ-da anadan olmuş və təhsil almışdı. Bu səbəbdən də ingilis dilini mükəmməl bilirdi. Vəingilisdilli tamaşaçılaer atasında asanlıqla ekstremest təbliğat aparmaq imkanına malik idi. Yəməndə baş verən qeyri sabitlikdən istifadə edərək "Əl-Qaidaə"nin yerli qurumunu bölgədə saat mexanizmi ilə içləyəcək səviyyəyə qaldırmağa müvəffəq olmuişdu.