“Ailədə 3 əlil var, yağan qar-yağış tamamilə evə dolur” – GÖYÇAY SAKİNİNDƏN PREZİDENTƏ MÜRACİƏT

Baxış sayı:
376

Göyçay rayon, H.Əliyev küçəsi, ev 176 sakini, 1-ci qrup əlil Əhmədov Şahin İdris oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi yazır:
“Mən Əhmədov Şahin İdris oğlu, 1956-cı ildə Göyçay rayonunda anadan olmuşam. 1965-ci ildə 9 yaşım olanda serebral iflici nəticəsində hər iki əl və ayağımdan məhrum olmuşam. Həmin vaxtdan məni əlil arabasında gəzdirirlər. Valideyinlərimin köməkliyi ilə orta təhsil almışam. Ailəliyəm, iki övladım var. Hər ikisi ailəlidir. Həmçinin həyat yoldaşım və oğlum da acınacağlı xəstədirlər, əlildilər.
Bizim ailə mənim aldığım pensiya ilə dolanır. Üstəlik, hər ay müalicəmi də pensiyamın pulu ilə etdirirəm.
Bizim ailə 1950-ci ildə tikilmişmiş qəzalı evdə yaşayır. Xüsusən də evin dam örtüyü çox bərbad vəziyyətdədir. Yağan qar-yağış tamamilə evə dolur. Dəfərlə rayondakı aidiyyati qrumlara məlumat vermişəm.
Bir müddət öncə rayonda əsən güclü külək nəticəsində evin dam örtüyündəki şiferləri külək daha da aralı etdi. İndi yağan yağış əvvəlkindən daha çox evə dolur. Göyçay rayon icra başçısının 1-ci muavini İkram Vəliyevin və icra aparatının bir çox məmurlarının qəbulunda olmuşam. Onlar isə bizim fondda pul olmadığını deyərək, məni yola veriblər.
İcra başçısı Mehdi Səlimzadə mənə deyir ki, yüksək vəzifəli şəxslərə şikayət etsən, sənin üçün böyük problem yaradarıq, pensiyanı kəsdirib səni acından öldürərik.
Keçən həftə məni rayon icra aparatına çağırdılar. Bundan öncə prezidentə və baş nazirə yazdığım məktublara görə məni incitdilər və təkrarən təhdid etdilər ki, sənin üçün çox pis olar, ağıllı ol dedilər.
17 oktyabr 2019-cu il tarixdə isə Göyçay rayon İcra Hakimiyyətndən və rayon Mənzil Istismarı idarəsindən bzə nümayəndələr gəlib dedilər ki, bizim büdcədə evi təmir edəcək həmin məbləğ yoxdur.
Mən mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevdən xahiş edirəm, nümayəndənizi göndərin, gəlib 3 nəfər əlilin yaşadığı mənzilin hansı bərbad vəziyyətdə olmasını gözləri ilə görsünlər və Sizə məruzə etsinlər. Mən köməyi Sizdən və Allahdan istəyirəm. Göyçay rayon icra başçısının fəaliyyəti ancaq kommersiya maraqlarına xidmət etməkdir”.


Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.