Aftandil Hacıyev istefaya göndərilir? – Açıqlama

Baxış sayı:
433

“Səbail”in baç məşqçisi Aftandil Hacıyevin komandadan ayrılması ilə bağlı xəbərlər yayılıb.

38 yaşlı çalışdırıcı “Yeni Sabah”a açıqlamasında bunu təkzib edib:

“Xeyr, yanlış xəbərdir. Bu barədə hələ ki heç bir danışıq ola bilməz. Klub rəhbərliyi ilə danışıq aparılmayıb. Yalandır”. 

Xatırladaq ki, klubda maliyyə problemlərinin yaranmasından sonra Aftandil Hacıyevin komandada qalmayacağı ilə bağlı tez-tez xəbərlər yayılır.