Adı “MTN işi”ndə hallanan sabiq icra başçısı Londonda şirkət açdı

Baxış sayı:
562

1993-1999-cu illərdə Bakı şəhər Səbail rayonunun İcra başçısı olan Rüstəm Müzəffər oğlu Məmmədov İngiltərənin paytaxtı Londonda şirkət rəhbəri olub.
Rüstəm Məmmədov “32 London Bridge Street, London, SE1 9SG” ünvanında yerləşən “Sky Digital Technology Limited”  şirkətinin direktorlarından biri olub.
13 sentyabr 2018-ci ildə qeydiyyatdan keçən “Sky Digital Technology Limited” şirkətinin direktorlarından biri də Latviya vətəndaşı Rahmeds Beinarovicdir.
Məlumat üçün qeyd edək ki, bir neçə il əvvəl Rüstəm Məmmədovun adı həbs olunan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq əməkdaşlarının məhkəmə prosesində çəkilib. Mətbuatda yer alan məlumatlarda qeyd olunub ki, Rüstəm Məmmədov sabiq MTN naziri Eldar Mahmudov yaxın adamlarından olub. İddia olunur ki, Rüstəm Məmmədov xarici ölkələrdə çirkli pulların yuyulması ilə məşğul olub./yeniavaz.com