Abutalıbov Bakını tərk edib – HARADA DİNCƏLİR?

Baxış sayı:
421

Bakının sabiq meri Hacıbala Abutalıbov Qax rayonundakı villasında dincəlir.

Hit.az-ın xəbərinə görə, Abutalıbovun İlisu yaxınlığında malikanəsinə köçüb və karantin dövrünü orada keçirir.

76 yaşlı keçmiş mer paytaxtın istisindən və sərt karantin rejimindən başını götürüb səfalı güşəyə çəkilib.

Qeyd edək ki, Abutalıbov uzun müddət Bakı meri olub, sonra Baş nazirin müavini təyin olunub. Hazırda heç bir vəzifəni daşımır.