Abşeronda yolu keçən qadını maşın vurub öldürdü

Baxış sayı:
295

Abşeronda yolu keçən qadını avtomobil vurub.

Daxili İşlər Nazirliyindən Muxalifet.az-a verilən məlumata görə, noyabrın 15-də saat 19 radələrində Abşeron rayonunun Nübar qəsəbəsi ərazisində Ağcabədi rayon sakini İ.Məhəmmədli idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən qəsəbə sakini Səbinə Həsənovanı vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.