Abşeronda ər arvadının boğazını kəsərək öldürüb - YENİLƏNİB

Baxış sayı:
1358

Baş Prokurorluq Abşeronda arvadını öldürən kişinin tutulması ilə bağlı rəsmi məlumat yayıb.
Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov bildirib ki, ilkin araşdırmalarla aprelin 29-da saat 21 radələrində 1991-ci il təvəllüdlü Anar Bəkirovun Qobu qəsəbəsində yaşadıqları evdə qısqanclıq zəminində 1993-cü il təvəllüdlü həyat yoldaşı Leyla Bəkirovaya bıçaqla xəsarətlər yetirib qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Anar Bəkirov cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulub. K.Zeynalov həmçinin qeyd edib ki, hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

***
Abşeronda qətl törədilib.
Hadisə Qobu qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1991-ci il təvəllüdlü Anar Bəkirov aralarında yaranmış ailə münaqişəsi zəminində arvadı, 1993-cü il təvəllüdlü Leyla Bəkirovaya çoxsaylı bıçaq xəsarətləri yetirib və boğazanı kəsərək öldürüb.
Faktla bağlı araşdırma aparılır./apa