ABŞ təyyarələri Norveç dənizində Rusiya sualtı qayıqlarını...

Baxış sayı:
304

Aviasiya resurslarının monitorinq məlumatlarından verilən xəbərə görə ABŞ Hərbi Dəniz Qüvvələrinin P-8A Poseidon sualtı qayıq əleyhinə 3 kəşfiyyatçı təyyarəsi Rusiya sualtı donanmasının geniş təlimlər bölgəsində Norveç dənizi üzərindən bir neçə saatlıq uçuşlar edib.
Muxalifet.az 
bu barədə "vzqlyad.ru"-ya istinadla bildirir.

Əməliyyatda İslandiyadakı bazadan uçan və NATO-nun Şimali Atlantikadakı Qrenlandiya, İslandiya və Böyük Britaniya arasındakı sualtı qayıqlar əleyhinə müdafiə xətti bölgəsində müşahidə üçüşü keçirən üç ABŞ dəniz kəşfiyyatçı təyyarəsi iştirak edib. İnterfaks xəbər verir ki, "SOSUS" sualtı qayıq əleyhinə hidrosəs nəzarət sistemi bu xətdə yerləşir.
Rusiya sualtı qayıqlarının təlimlərinə başlayandan bəri, NATO təyyarələri hər gün Norveç dənizi üzərindən uçuşlar həyata keçirir.
Oktyabrın sonlarında, Norveç Rusiya Şimal donanmasının sualtı qayıqlarının Soyuq Müharibədən bəri ən böyük "sualtı qayıqlarla xüsusi əməliyyat" keçirdiyini açıqladı.
Muxalifet.az