ABŞ Türkiyədən “S-400” sistemini satın ala bilər – “Defense News” qəzeti

Baxış sayı:
421

Amerika Senatında Türkiyədəki “S-400” zenit-raket sistemləri ilə bağlı hadisələrin inkişafının iki variantına baxılır.

Birinci variant həmin kompleksin Ankaradan satır alınmasını, ikincisi isə bu ölkəyə qarşı sanksiyaların tətbiqini nəzərdə tutur. Bu barədə “Defense News” qəzeti yazıb.

Qeyd olunur ki, 2021-ci il üçün milli müdafiənin büdcə maliyyələşdirilməsi barədə qanun layihəsinə senatorlardan biri (Respublikaçılar Partiyasından) əlavə təklif edib və ABŞ Quru Qoşunlarının büdcəsində “S-400” sisteinin satın alınması üçün pul nəzərdə tutulmasını istəyib.

Guya bu, Vaşinqtona Ankara ilə F-35 qırıcılarının istehsalı məsələsində qarşılaşdığı dalandan çıxmağa imkan verəcək.

Ancaq Respublikaçılar Partiyasından başqa bir senator Donald Tramp administrsiyasına Türkiyəyə qarşı sanksiya tətbiqini təklif edir.

Bu zaman, analitklər həmin düzəlişlərdən hansısa birinin yekun qərar qüvvəsinə minəcəyinə şübhə edirlər./Azpolitika.info