ABŞ məxfi materialları dərc etməyə hazırlaşır - Rusiyanın seçkilərə müdaxiləsi barədə

Baxış sayı:
1353

2016-cı ildə Amerika Birləşmiş Ştatlarıda (ABŞ) keçirilmiş prezident seçkilrinə Rusiyanın müdaxiləsi barədə hesabatın məxfiləşdirilmiş final versiyasını üzərində iş demək olar, başa çatıb.
 
ABŞ Konrqesi Senatında sənədin lehinə kəşfiyyat üzrə xüsusi komitə səs verib. Bu barədə xüsusi komitənin müvəqqəti başçısı, respublikaçı-senator (Florida ştatı) Marko Rubio və sədr müavini Mark Uorner xəbər veriblər (dw.com).
 
Bu günlərdə komitə əlavə fikiləri dinləyəcək və sənədin yekun versiyasını təsdiqləyəcək. Versiya geniş kütlə üçün açıq olacaq.
 
Sənəddə Rusya 216-cı ildə ABŞ-da keçirilmiş prezident seçkiləinə təsir göstərmək cəhdlərində günahlandırılır.
 
Göstərilir ki, Rusiya tərəf ABŞ Demokrat Partiyası Milli Komitəsinin informasiya sisteminə «soxulub» - guya sistemin «sındrılması»nı Rsiya hakimiyyəti ilə sıx bağlı olan iki haker qrupu həyata keçirib: Cozy Bear və Fancy Bear.
 
Rusiya hakimiyyəti isə həmişə olduğu kimi, adəti üzrə müdaxiləyə aidiyyatı olduğunu inkar edir - Belarusdakı kimi.
 
Burada başqa üsulla seçkilərə «burun soxmaq» məqsədilə Rusiya hakim dairələri, prezident Lukaşenko demiş, öz «Vaqner»çilərini Afrikaya «Şimal qütbü üzərindən» göndərib.
 
Beləliklə, bir daha sübut olunur ki, Rusiya dünyanın bütün ölkələrində «xəstəlik toxumu səpmək»lə məşğuldur və artıq bəşəriyyətin canını boğazına yığıb.
 
Cavabı nə olacaq? Bu gedişlə iki variant gözlənilə bilər: ya Rusiya özünün təcavüzkar xarici siyasətindən əl çəkməlidir, ya da bütün dünya Rusiyaya qarşı vahid cəbhə yaradacaq./Azpolitika.info