​“ABŞ-ın kürdlərə dəstək verməkdən imtina etməsi xəyanət və Yaxın Şərqdə məğlubiyyətidir” - Le Figaro

Baxış sayı:
686

“Tpamp kürd müttəfiqlərini taleyin ixtiyarına buraxdı və indi onlar türk ordusu ilə təkbətək qalıblar”.

Muxalifet.az xəbər verir ki, bu haqda nüfuzlu “Le Figaro” nəşri yazıb.
Qəzet yazır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ağ Evin rəhbərinə zəngi Qərbin kürd müttəfiqlərinin taleyini həll edib: “Trampın kürdlər tərəfindən xəyanət sayılan bu addımı onları türk düşmənlərinin, həmçinin Bəşər Əsədin və onun rus himayəçilərinin tələsinə saldı.  Buna paralel olaraq Amerika Kabildə başlatdığı ən uzun müharibədın 18 il sonra Tramp Əfqanıstanı Talibana  təslim etməyə hazırlaşır.
İraqa gəlincə, onilliyin başında ABŞ-ın 160 min əsgəri vardı, indi isə prezident İraqın tədricən dünyanın bu bölgəsində əsas düşməni olan İranın təsir dairəsinə düşməsinə imkan verir.
Trampın geri çəkilməsi ABŞ-ın Yaxın Şərqdə məğlubiyyəti deməkdir. Prezident 2 milyon dollara başa gələn və 7 min əsgərin, 300 min dinc sakinin ölümünə səbəb olmuş avantura səhifəsini çevirməyə qərarlı görünür.
Fiaskonu  xatırladan bu genişmiqyaslı döyüş meydanında qalblərin  Rusiya, İran, öz silahlı dəstələri ilə birgə (onlar fəal şəkildə İsrail sərhədlərinə qədər yerlərə nəzarət edə bilirlər), Şam rejimi və yenidən dirçəlməyə çalışan İŞİD olduğu görünür. Obamanın 2011-ci ildə “uçuşu” İslam Dövlətinin genişlənməsi üçün bir şərt idi. Trampın getməsi Amerikanın gücsüz müttəfiqləri, o cümlədən bizim üçün də baha başa gələ bilər”.
Muxalifet.az