ABŞ "koronavirus" səbəbi ilə hərəkətə keçdi

Baxış sayı:
1072

ABŞ-ın Çinin Vuhan şəhərindəki vətəndaşlarını və diplomatlarını, koronavirusu (2019-nVoC) epidemiyası səbəbilə ölkədən çıxaracağı bildirildi.
“Wall Street Journal” qazetinin xəbərində, ABŞ hökumətinin, bazar günü koronavirus epidemiyasının təsiri altında olan Vuhana göndərəcəyi təyyarə ilə vətəndaşlarını Çindən çıxaracağı qeyd edildi. 
Təyyarədə, tibbi personalın da olacağı barədə məlumat paylaşılarkən, Vuhanda təxminən min ABŞ vətəndaşı olduğu təxmin edilir.
Xəbərdə, ABŞ-ın Vuhandaki konsulluğunu müvəqqəti olaraq bağlamağı planladığı bildirildi.
 Vuhan şəhərində yeni tip koronavirusuna indiyə qədər 1287 nəfər yoluxdu, 41 nəfər vəfat etdi.
ABŞ-da iki nəfər olmaqla, Avropada Fransa və Asiyada bəzi ölkələrdə də virusa yoluxma hallarının qeydə alınması epidemiyanın sürətlə yayılması narahatlığını artırdı.
Çinin əsas ərazisindən kənarda, Hong Kong Muxtar Bölgəsində 5, Makau Muxtar Bölgəsinde 2, Tayvanda 3, Taylandda 4, Yaponiyada 2, Cənubi Koreyada 2, ABŞ-da 2, Singapurda 3, Nepalda 1, Fransada 2 infeksiya hadisəsi müəyyən olundu. Bundan başqa Yaponiyadakı epidemiyaya yoluxanlardan 1, Taylanddaki 3 nəfərdən ikisinin vəziyyəti yaxşılaşıb.
Ortaya çıxdığı yerdən dolayı "Vuhan virusu" adlandırılan yeni tip koronavirus nəfəs alma, asqırma və öksürmə hallarında hava yolu ilə yayılır.
NcoV-un ilk əlamətləri yuxarı temperatur, boğaz ağrısı, öksürək, nəfəs almaq çətinliyi, ishal formasında ortaya çıxarkən daha sonra pnevmoniya və böyrək çatışmazlığına səbəb olur, sonda isə ölümlə nəticələnir.
Çinli rəsmilər, virusun qısa vaxt ərzində diğər şəhər və əyalətlərə sıçraması ehtimalı ilə Vuhan başda olmaqla irili-xırdalı 13 şəhərdə ictimai nəqliyyatı dayandırdı.
Muxalifet.az