80 YAŞLI KEÇMİŞ DEPUTAT YENİ ŞİRKƏT TƏSİS ETDİ – Elxan Süleymanovun “topdağıtmaz” sərvəti haqda açıqlama / SƏNƏDLƏR

Baxış sayı:
667

Milli Məclisin ötən iki çağırış deputatı olmuş 80 yaşlı Elxan Süleymanov ötən ayın 28-də, yəni ciddi karantin rejiminin hökm sürdüyü günlərdə özünün növbəti şirkətini -"GÖYÇAY AQRO" Məhdud Məsuliyyətli Cəmiyyətini qeydiyyatdan keçirib. Şirkət Elxan Süleymanovun hazırda yaşadığı Göyçay rayonunun NİZAMİ küçəsi, ev 274-də hüquqi qeydiyyatdan keçib.
Muxalifet.az
xəbər verir ki, bu haqda informasiya verən araşdırmaçı journalist Cavanşir Həsənli deyir ki, keçmiş deputatın oğlu Vurğun Süleymanov isə (keçmiş gömrük generalı) bu il yanvarın 28-də hüquqi qeydiyyatı Ağsu rayonunun Kəndoba kəndində olan "SÜMBÜL" İSTEHSAL KOOPERATİVİni təsis edib:
“Bundan əvvəl Süleymanovların daha 4 şirkəti fəaliyyət göstərib. Belə ki, "AZBOL" AZƏRBAYCAN-BOLQARİYA BİRGƏ MÜƏSSİSƏSİ 1996-cı ildə, "AQROİNKİŞAF" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2004-cü ildə, "XƏZƏR-XXI ƏSR" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ isə 2003-cü ildə Elxan Süleymanovun "AZNM LTD" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ isə 2004-cü ildə Vurğun Süleymanovun təsisçiliyi ilə qeydiyyatdan keçib. "XƏZƏR-XXI ƏSR" MMC-nin ötən il ləğv edildiyi elan olunub.
Elxan Süleymanov eyni zamanda 2005-ci ildə Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasını (AVCİYA) da təsis edib. O, Avropa Şurası Parlament Assambleyasındakı fəaliyyəti dövründə dəfələrlə rüşvət və korrupsiya ittihamları ilə üzləşib”.


Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.