74 ildən sonra BİR İLK: Türkiyə ABŞ-ı Ağ Evdə necə diz çökdürdü?

Baxış sayı:
1687

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri tarixi proseslər zəncirinin halqalarını birləşdirdikdən sonra bir çox mətləbləri ortaya qoyub.

“Xəbər7” portalının yazarı Mehmet Acet bu proseslərlə bağlı iddialı köşə qələmə alıb.

Həmin məqaləni təqdim edirik:

“2002-ci ilin son ayına gedək.

ABŞ prezidenti Corc Buş ilə Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan dekabrın 11-də, yenə bir çərşənbə günü, yenə eyni saatda Ağ Evdə bir araya gəlmişdi.

Ərdoğanın bir ABŞ prezidenti ilə ilk görüşü olacaqdı bu.

Amerikalılar hiyləgərcəsinə bir taktika işlətmişdilər. Ölkəsində siyasət qadağası davam etdiyi üçün millət vəkili ola bilməyən AKP sədrini Ağ Evdə qonaq edərək “biz onu tanıyırıq” deyəcəklər, amma qarşılığında sonradan önünə qoymaq üçün bir sıra öhdəliklər istəyəcəklər.

İraqda ABŞ müdaxiləsinin ayaq səslərinin eşidildiyi dövrlər idi.

Buş əvvəlcədən planlaşdırıldığı formada Ərdoğanı yoxladı, söz almağa çalışdı. Ancaq Ərdoğan tələyə düşmədi. “Türkiyəyə geri qayıdanda dostlarla dəyərləndirmələrimizi aparar və qərarımızı verərik” dedi və başından etdi.

“Bu iş bitdi” deyilən anda açılan səhifələr

Uzun illər prezident Ərdoğanın A komandasında yer alan Yalçın Akdoğan qələmə aldığı köşəsində Türkiyə-ABŞ münasibətlərinin xarakteristikasını açıqlayan diqqətçəkici sözlər işlədib. Akdoğan keçmiş dövrlərdə Ağ Evdə keçirilən görüşlərdən əvvəl yayılan mənfi atmosferə işarə edərək bu təsbiti yazıb: “Keçmişdə elə çətinliklər və böhranlar yaşadıq ki, “bu iş bitdi” deyilən anda yeni səhifənin açıldığına şahid olduq”.

Ərdoğan ötən gün Türkiyə vaxtilə 20:00-da Ağ Evdə 17 il boyunca münasibət saxladığı ABŞ prezidenti ilə görüşdü. Bu iş səyahətinin yenə Yalçın Akdoğanın ifadəsi ilə “sıxıntılı, çətin və gərgin” prosesdə keçdiyini bilirik.

İşin belə bir reallığı var:

1945-ci ildən başlayan proseslərdən sonra Türkiyə ABŞ-a qarşı son 74 ilin ən qüvvətli dövrünü yaşayır. Əksinə desək, ABŞ-ın Türkiyə üzərindəki təsiri heç vaxt bu qədər zəifləməyib. Xüsusilə, 15 iyul dövlət çevrilişinə cəhdin öhdəsindən gəlməklə yeni eranın başlanğıcı oldu deyə bilərik.

“Əlini versən, qolunu qopararlar”

Ərdoğanın ABŞ mövqeyindən Trampın istifadə etdiyi ifadə ilə “tough” müzakirəçi olmasının pərdə arxasında uzun siyahı halına gələ biləcək yaşantıların təsiri yox hesab edilə bilərmi? Yay aylarında S-400 böhranının dərinləşdiyi dövrdə təhdidlər, şantajlar havada uçurdu. Ankarada vəzifə sahibi insanlar axsayarkən prezident bir millimetr də hərəkət etmədi. Bir xəbər qaynağımızın ifadəsi ilə desək, Ərdoğan ətrafındakı bəzi şəxslərlə təkbətək görüşlərində “yoxsa sən də mi bu işə qarşı çıxırsan” sualını verib. Bu davranışı dəstəkləyən faktorlardan biri, heç şübhəsiz, Ərdoğanın ABŞ-a qarşı bəslədiyi etibarsızlıq duyğusu idi. Geri addım atması təqdirində “əlini versən, qolunu qopararlar” vəziyyətinə çevriləcəyini düşünürdü. Qapalı qapılar arxasında keçirilən görüşlərdə, partiya toplantılarında kənara göstərdiyi münasibət bu idi.

“Model əməkdaşlıqdan “Ərdoğan getsin, Əsəd qalsın” siyasətinə...”

2008-ci ildə Barak Obama prezident seçildikdən sonra ilk xarici səfərini Türkiyəyə etmişdi. TBMM-dəki çıxışında “model əməkdaşlıq” təklifini vermişdi. İlk vaxtlarda münasibətlər heç vaxt olmadığı qədər mülayim atmosferdə idi. Lakin sonra Obamanın Türkiyə üçün təklif etdiyi model əməkdaşlıq İsrailin Yaxın Şərqdə yalnızlaşmasına yol açan nəticələr verəndə əməkdaşlıq axtarışlarının yerini cəzalandırma cəhdləri tutdu.

Xüsusilə, 2013-cü ildən etibarən...

17 may 2013-cü ildə Ağ Evdə Ərdoğanın rəhbərliyi ilə türk heyəti və Obamanın rəhbərlik etdiyi ABŞ heyəti arasında keçirilən görüş Vaşinqtonun mövqeyindən Türkiyəni cəzalandırma siyasətinə istiqamətlənmənin başlanğıcı olaraq görülə bilər.

Obama o görüşdə Suriya siyasətini dəyişdirməkdən söz açmışdı. Artıq Türkiyə ilə birlikdə hərəkət etməyəcəkdi.

“Əsəd gedərsə, yerinə kim gələr” sualını verdi.

O görüş baş tutduqdan sonra ortaya çıxan proseslər “Əsəd qalsın, Ərdoğan getsin” şablonuna uzanacaq formada qarşımıza çıxdı.

Elə olmadımı?

Ərdoğan ABŞ-dan qayıdandan sonra “Gezi olayları” başladı”.