"7 rayon və Dağlıq Qarabağın bir hissəsi Azərbaycana qaytarılmalıdır" - RUSİYADAN AÇIQLAMA

Baxış sayı:
11353

 
Moskva Humanitar Universitetinin beynəlxalq münasibətlər və diplomatiya kafedrasının müdiri, Rusiya Xarici İşlər Nazirliyinin Ermənistan şöbəsinin keçmiş rəhbəri Nikolay Platoşkin Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün yeni təkliflə çıxış edib.

Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, N.Platoşkin münaqişənin həlli ilə bağlı hazırkı variantlardan fərqli olan yollar axtarmaq lazımdır: “Ən real variantlardan biri işğal edilmiş 7 rayonun və Dağlıq Qarabağın bir hissəsinin Azərbaycana qaytarılmasıdır. Qarabağın digər hissəsi, eləcə də kommunikasiya üçün Laçın dəhlizi Ermənistanda qalır. Amerikalı analitik Pol Qobl 20 il əvvəl belə bir pan hazırlamışdı. Lakin Ermənistan İranla sərhəddən məhrum edilməməli və Laçın dəhlizi əvəzinə Meqri Azərbaycana verilməlidir”.
Rusiyalı diplomat hesab edir ki, bu seçim Ermənistanda ultra-millətçilər tərəfindən qəbul edilməsə də, bu ölkənin rəhbərliyinə sərf edir.
“Lakin belə variantı həm rəsmi Bakı, həm də Azərbaycan cəmiyyəti anlayışla qarşılamayacaq”, - rusiyalı diplomat bildirib.