60 yaşlı şəxs köpək balığının hücumuna məruz qaldı - AVSTRALİYADA

Baxış sayı:
1443

Avstraliyanın Yenu Cənubi Uels ştatı sahillərində 60 yaşlı şəxs 3 metrlik ağ köpək balığı tərəfindən hücuma məruz qalıb.

Köpək balığının budunun arxasından dişlədiyi şəxs sörferlər tərəfindən sahilə çıxarlıb. İlkin yardım göstırilsə də, onu xilas etmək mümkün olmayıb.

Yaxınlıqdakı bütün çimərliklər boşaldılıb və 24 saat bağlı olacaq.

Yanvar ayında da Avstraliyanın qərb sahillərində 23 yaşlı vəhşi həyat işçisi köbək balığının hücumu nəticəsində həyatını itirmişdi.

Kaliforniya rəsmiləri may ayında Monterey körfəzi yaxınlığında köpək balığının sörf edən 26 yaşlı bir gəncə hücum edərək, öldürdüyünü bildirib.

Santa Kruz polis məntəqəsi qurbanın Ben Kelli adlı şəxs olduğunu təsbit edib.