5G texnologiyası koronavirusun yayılmasına səbəb olur? - TÜRK ANALİTİKDƏN SENSASİON AÇIQLAMALAR / Video

Baxış sayı:
2917

2019-cu ilin dekabrında koronavirus pandemiyası Çində yayılmağa başlayarkən, bu virusun laboratoriyalarda hazırlandığı haqda fikirlər səsləndi. Əlbəttə, bunlar sadəcə ehtimallar idi. Lakin ehtimallarla bərabər, virusun yayılması və mutasiyaya uğramasında 5G texnologiyasının da xüsusi rolunun olması müzakirələrə səbəb oldu.
Mövzu ilə əlaqədar fikir bildirən Türkiyəli strateq-analitik Abdullah Çiftçinin sözlərinə görə, dünyanın tanınmış alimləri arasında koronavirus pandemiyası ilə 5G texnologiyası arasında əlaqə olduğunu düşünənlər var. Strateq 2017-ci ildə tərkibində Türkiyədən də 18 alimin olduğu, dünya miqyasında nüfuzlu elm adamlarından ibarət qrupun BMT-yə təqdim etdikləri məruzədın belə sitat gətirib:
“Biz ionlaşmayan elektromaqnit sahələrinin - EMF bio aləm və insan sağlamlığı üzərinə təsiri ilə bağlı araşdırmalar aparan elm adamlarıyıq. Yaşayış sahələrində gün keçdikcə artmaqda olan elektrikli və naqilsiz cihazlardan qaynaqlanan elektromaqnit sahələrindən çox narahat olduğumuzu bildiririk. Dünyada həşarat populyasiyasının yüzdə səksənə qədər azaldığını bildirən nəşrlər var və bunun azalmasında elektromaqnit dalğalarının təsirinin olduğu, əvvəlcə 4G, indi isə 5G-nin çox təsirinin olduğuna dair ciddi elmi tədqiqatlar var”.
Abdullah Çiftçi daha sonra bu məsələni mütəmadi olaraq izlədiyini qeyd edir: “5G məsələsini, daha doğrusu, rəqəmsal dünya məsələsini başdan bəri izləyirik. Bir neçə gün əvvəl başqa ölkələrdə yaşayan tanış adamların köməyi ilə “yaşadığınız ölkələrdə karantin səbəbindən küçələr boş ikən, 5G baza stansiyalarının qurulması işləri aparılırmı?” deyə araşdırma apardıq. İnsanlar karantin müddətində evdə oturduqlarına görə, vaxtlarını sosial şəbəkələrdə keçirirlər...
Koronavirusun səbəb olduğu ən əsas şey nəfəs çatışmazlığı üzündən ölümün baş verməsidir. 5G ilə bağlı araşdırmalarda onun da ağciyərlərin oksigen udmasını azaltdığına, 4G-nin də hüceyrənin su udmasını azaltdığına dair çox ciddi elmi mənbələr var. Bir qrup alim də 5G-nin tər vəzilərinə təsir etdiyini, yəni orqanizmin tərləməsinə nəzarət edə biləcəyini, onu stressə sala bilməsini, saçların tökülə biləcəyini, insan DNK-nı dəyişdirə biləcəyini bildirir. DNK-da dəyişiklik mikroorqanizmlər üçün mutasiya, insan üçün isə xərçəng xəstəliyi deməkdir. Artıq bir çox ölkədə bu müzakirə olunmağa başlayıb - Koronavirus mutasiyaya uğrayırmı?
Bu virusun qarşısını alacaq peyvəndin tapılması üçün işlər aparılır. Bəs virus mutasiyaya uğrasa, nə baş verəcək? Bu yaxınlarda “Mikrosoft”un yaradıcısı Bill Gates verdiyi açıqlamada bildirdi ki, “koronavirus peyvəndi yalnız 12-18 ay ərzində əldə oluna biləcək və insanların bir hissəsi karantində, bir hissəsi isə küçələrdə ikən bu müddət uzana bilər. Yəni insanlar iki-üç ay sonra sərbəst hərəkətə başlayarsa, epidemiya yenidən qayıda bilər”.
Necə ki, BBC də Cənubi Asiya ölkələrində virusa yoluxanların sayının artmasına dair xəbərlər verməyə başladı. İndi 5G ilə paralel gedən mikroorqanizmin detallarının ciddi şəkildə araşdırılması lazımdır".
Tərcümə etdi: Ülviyyə ŞÜKÜROVA
Materialın ardını aşağıdakı videoda izləyə bilərsiniz.