"429 nəfərin ölümünə yol açan koronavirusla mübarizə apara bilmirik" - İRANIN XİN RƏHBƏRİ DƏSTƏK İSTƏDİ

Baxış sayı:
3160

İranın koronavirusla mübarizədə tibb ləvazimatları, briqada və müəyyənedici kitlərə ehtiyacı var.

Bunu ölkənin Xarici İşlər naziri Məhəmməd Cavad Zərif açıqlayıb.

Nazir ölkədə bu ana qədər 429 nəfərin ölümünə yol açan, 10 min nəfərə yoluxan yeni tip koronavirusla mübarizə üçün tibbi ləvazimatların təminində problem yaşayır.

Zərif Səhiyyə Nazirliyinin ehtiyac siyahısını “TƏCİLİ” başlığı ilə tvitter hesabından paylaşaraq bütün dünya ölkələrini köməyə çağırıb. O, “virus ayrı-seçkilik etmir, insanoğlu da etməməlidir” sözlərini qeyd edib.

Nazirin paylaşdığı siyahıda 30 sətirlik təcili ehtiyata 172 milyon qoruyucu maska, 100 milyon əlcək, 3 milyon 200 min Kovid-19 müəyyənedici kit, 1000 oksigen balonu daxildir./Publika.az