40 yaşlı xanımların gənc qızlara QİYMƏTLİ TÖVSİYƏLƏRİ

Baxış sayı:
406

40 yaşdan yuxarı qadınlar 20 yaşındakılara məsləhətlər verib.
Publika.az xəbər verir ki, artıq kifayət qədər həyat təcrübəsi olan qadınlar gənclərə qiymətli tövsiyələr verib.
Zaman hər şeyi öz yerinə qoyur. Yaşla biz həyatı daha dərindən dərk etməyə başlayırıq və nəhayət, başa düşürük: qorxularımızın çoxu əsassızdır və tətbiq olunan stereotiplər həyata yalnız mane olur.
1. Həyatınızda hər şey 20 yaşında xəyal etdiyinizdən fərqli istiqamətdə cərəyan etsə də, həyatınız qeyri-adi, heyrətamiz və ən başlıcası sizinki olacaq. Güclü dostluq əlaqələrini inkişaf etdirin. Zərərverici və “toksik” insanlardan uzaq gəzin. Ruhunuzu dincəldən bir hobbiniz olmalıdır.
2. Bir müddət tək yaşayın. Vaxtınızın bir hissəsini yalnız özünüzə həsr edin. Və daha çox səyahət edin!
3. İlk yalanını danışanda tərk edin.
4. 62 yaşım var və dəqiq bilirəm: zaman keçdikcə daha da yaxşılaşırsan. Mənə elə gəlir ki, indi ən məhsuldar və yaradıcı dövrümü yaşayıram. Yetkinlik hər şeyimizdir.
5. Ətrafınızdakı hər kəsi xoşbəxt etməyə çalışmağı dayandırın. Daha çox əşyaya sahib olmaq xoşbəxtlik gətirmir, daha qənaətcil olun. Hətta qohumlarınız da da "toksik” ola bilər.
6. İlk növbədə özünüzü sevmək üçün güc tapın. Sevgini kişilərdə, dostlarda və ya dünyaya gətirməyə hazır olmadığınız uşaqlarda axtarmayın. İdmanla məşğul olun və sağlam qidalar yeyin.
7. Dostlar qazanın və onları bir gözün alması kimi qoruyun. Qırxdan sonra onlara ehtiyacınız olacaq.
8. Üzr istəməyi dayandırın. Başqalarını xoşbəxt etmək və özünüzü qurban vermək lazım deyil.
9. Hər kəsi məmnun etmək mümkün deyil. Qarşınızda özünüzü (uğurunuz, dinclik, peşəkarlıq) və ya başqalarını sevindirmək ehtiyacı olduqda, özünüzü seçin.
10. Heç vaxt hörmət tələb edən biri ilə işləməyin. Buna layiq biri ilə işləyin.
11. Başqalarına qayğı göstərin, ancaq özünüzə qayğı göstərməyi unutmayın.
12. Qaşqabaq sallamağa son verin. Gülünc görünür.
13. Bəli, o, yaxşı insandır, amma bu, o demək deyil ki, sizə uyğundur. İnanclarınızı dəyişdirməyin - ən yaxşısına layiqsiniz.
14. Öz ayaqlarınız üstündə dura bilməli və ya əlavə pulunuz olmalıdır ki, istənilən vaxt sevmədiyiniz işdən çıxa biləsiniz. Bu həm də ayrılıq və boşanma mərhələsini daha yüngül keçirməyə kömək edəcək.
15. Əylənin, doyunca əylənin. Gənclik elə bunun üçündür.
16. Həyatı ertələməyin. Bunu indi edin! Yaxınlarınızla daha çox ünsiyyət qurun - onlar sizinlə əbədi deyil və nə vaxt ayrılacağını bilmirsiniz. Onları xırda hədiyyələrlə sevindirin.
17. İş yerlərini dəyişdirməkdən və köçməkdən qorxmayın. Daha böyük maaş tələb edin.
18. Səyahəti heç vaxt təxirə salmayın, o vaxt gəlməyə bilər.