4 NƏFƏRİ BIÇAQLAMAQDA İTTİHAM OLUNUR... - Biləsvur sakini Qoşqar Orucov saxlanıldı

Baxış sayı:
4745

Biləsuvar rayonunda dörd nəfəri bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisəni törətməkdə Qoşqar Orucov şübhəli bilinir.

Qeyd edək ki, hadisə ötən gün rayonun Amankənd kəndində baş verib.

Belə ki, sakinlər - İsa Abbasov, Tural Yəhyalı, Sənan Yəhyayev və Ərəstun Şahmarovla Qoşqar Orucov arasında kənddə yerləşən çay evində mübahisə yaranıb. İ.Abbasov, T.Yəhyalı, S.Yəhyayev və Ə.Şahmarovun sözlərinə görə, onlar evə gedərkən Q.Orucov həmin şəxslərə hücum edərək bıçaq xəsarəti yetirib.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara tibbi yardım göstərilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.