4 hərbçimizin həlak olduğu yerdə daha bir ağır qəza – HADİSƏ YERİNDƏN VİDEO

Baxış sayı:
479

Sumqayıt şəhərində iki yük avtomobilinin toqquşması nəticəsində sürücülərin ölməsi ilə bağlı məlumat vermişdik.
Belə ki, hadisə yerinə cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri “DAF” markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan sürücü 1951-ci il təvəllüdlü Sayılov Ağarza Çapı oğlunun və “КamAZ” markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan sürücü 1995-ci il təvəllüdlü  Aslanov Asəf  Ədalət oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hadisə şahidləri Yeniavaz.com-un redaksiyasına video göndərərək bildiriblər ki, həmin ərazidə bir neçə gün öncə baş verən dəhşətli qəzada 4 nəfər hərbiçimiz dünyasını dəyişmişdi.

Həmin görüntüləri təqdim edirik: