2 həftəlik sərt karantinlə bağlı yardım veriləcək? – Nazirdən AÇIQLAMA

Baxış sayı:
1108

“Pandemiya nəticəsində iqtisadi fəallıq zəifləyib”.

Muxalifet.az modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin iclasında Maliyyə naziri Samir Şərifov deyib.

O bildirib ki, 2 həftəlik sərt karantin rejimi ilə bağlı da bəzi müzakirələr gedir, bu məsələyə baxılır, müvafiq qərarlar qəbul olunacaq:

“2021-ci ilin dövlət büdcəsinin layihəsinin hazırlanması prosesi artıq başlayıb. Kifayət qədər səmərəli büdcə var. Mövcud şəraitə baxmayaraq, biz büdcəni vaxtında hazırlayıb çatdırmaq iqtidarındayıq”.