11 yaşlı yeniyetmə məktəb avtobusunu qaçırıb - POLİSLƏR YARIM SAAT ONU TƏQİB EDİB...

Baxış sayı:
842

ABŞ-ın Luiziana ştatının Baton-Ruj şəhərində on bir yaşlı oğlan məktəb avtobusunu qaçırıb.

“Report”un məlumatına görə, bu barədə polisə istinadən yerli WBRZ telekanalı xəbər verir.

Məlumata görə, yeniyetmə avtobusa soxulub və mühərriki işə salıb. Polis yerli vaxtla təxminən saat 11:00-də (Bakı vaxtı ilə saat 20:00 - red) qaçırılmış avtobusu təqib etməyə başlayıb. Avtobus yarım saat sonra əvvəlcə qaz kəmərinə, sonra isə ağaca çırpılıb.

Polislər avtobusu mühasirəyə alıblar, yeniyetməni nəqliyyat vasitəsindən çıxararaq qollarını qandallayıblar.

On bir yaşlı oğlan avtomobil oğurluğu və ağırlaşdırılmış zorakılıq da daxil olmaqla, bir neçə ittiham üzrə yetkinlik yaşına çatmayanların saxlanılması mərkəzinə aparılıb.