11 yaşlı azərbaycanlı istedad Cenevrə Konservatoriyasına dəvət alıb

Baxış sayı:
459

11 yaşlı Ləmanın musiqiyə gəlişi təsadüfi olsa da, onun bu seçimi özünü doğruldub.

İndi Ləman təhsil üçün Cenevrə Konservatoriyasına dəvət olunub.

Anasının xəstəliyi ilə bağlı ailənin xərcləri böyükdür, ona görə də ailə Ləmanın xaricdə təhsilinə pul ayıra bilmir.

Ailəsi maddi məsələlərin qarşılanması üçün prezident təqaüdünə də müraciət edib.

Ləman deyir ki, bəzən yorulur, amma musiqini atmağı düşünmür.