100-dən çox tibb işçisi koronavirusa yoluxduğu üçün baş həkim istefa verdi

Baxış sayı:
2560

Qazaxıstanda bir gündə 110-dan çox tibb işçisinin koronavirusa yoluxduğu Almatı Şəhər Mərkəzi Klinik Xəstəxanasının baş həkimi Almaz Cuvaşev vəzifəsindən uzaqlaşdırılıb.

Bu haqda “RİA Novosti” agentliyinə Almatı Şəhər İctimai Səhiyyə İdarəsindən məlumat verilib.

İdarədən bildirib ki, A.Cuvaşev öz istəyi ilə istefa ərizəsini yazaraq, səlahiyyətlərinin icrasını dayandırıb.

Son rəqəmlərə əsasən, Qazaxıstanda 1 267 nəfərdə COVID-19 aşkar edilib, onlardan 14-ü virusun qurbanı olub./oxu.az